Türk.az xəbər verir ki, sabiq nazir yeni qurulacaq “Haqq Ədalət Partiyası”nın 15 nəfərdən ibarət təşkilat komitəsinin siyahısını təqdim edib: (Komitə üzvlərinin bir neçəsi xaricdə yaşayır)
1) Əli İnsanov-sədr
2) İsfəndiyar Vahabzadə-Azərbaycanın sabiq səfiri (Bəxtiyar Vahabzadənin oğlu)
3) Qalibə Budaqova – BDU-nun sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, şəhid Milli Qəhrəman Tahir Həsənovun anası, Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri
4) Mirədalət Talışxanov – Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi
5) Eyvaz Əliyev – YAP Beyləqan rayon təşkilatının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini
6) Oruc Muradov – Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının iştirakçısı
7) İlqar Quliyev – Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri
8) Babək Adıgözəlov – Hüquqşünas, YAP Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü
9) Yalçın Qəhrəmanoglu – Ukraynanın paytaxtı Kiyevdə yaşayır, iqtisadçı mühəndis, sahibkar, Milli Şuranın üzvü
10) Əfqan Sadıqlı – jurnalist, Azel tv-nin rəhbəri
11) Zaur Bayramoglu – Qazi
12) Murad Muradov – İctimai fəal
13) Rəşad Abbaslı – Mühəndis, Təşkilat Komitəsinin katibi
14) Fərrux Binətzadə – Hüquqşünas, keçmiş polis zabiti
15) Murad Quliyev – İqtisadçı-hüquqşünas, ABŞ-da tədqiqatçı