Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova oktyabrın 9-da ömrünün 82-ci payızında vəfat edib.
Azərbaycan musiqisi mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermiş bəstəkar Ruhəngiz Qasımovanın lirik, vətənpərvərlik mövzulu çoxsaylı mahnıları, musiqi əsərləri var.
Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olsa…” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib.
R.Qasımova 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2019-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Allah rəhmət etsin!