Tikintisi qardaş Azərbaycanla birgə həyata keçirilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu müasir İpək yoludur.
Türk.az-ın məlumatına görə, bunu Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib ki, bu, regionun inkişafına xidmət edəcək vacib nəqliyyat layihələrindən biridir:
“Azərbaycanla birgə layihə sayəsində Çindən Avropaya fasiləsiz yük daşınması mümkün oldu”.
Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.