Türkiyə Konstitusiyasının yeni redaksiyasının qəbul edilməsi Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq.
Trend xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının 28-ci çağırış parlamentindəki fraksiyasının ilk iclasında çıxış edərkən bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkənin Əsas qanununun yeni redaksiyasında müsəlman qadınlarının baş örtüyünü taxmaq hüququnu təsbit etməyi təklif edib və hakimiyyətin opponentlərini Türkiyənin yeni Konstitusiyası üzərində aparılan işi dəstəkləməyə çağırıb.
Türkiyə lideri çıxışında, həmçinin vurğulayıb ki, ölkə dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil olana qədər hökumət səylərini dayandırmayacaq.