Prezident Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib və ölkələrimizin həmrəy olduqlarını vurğulayıb.
“Report” Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha vurğulanıb.
Dövlət başçıları gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.