Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş başlayıb.
“Report” xəbər verir ki, Ukrayna Prezidenti Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.
Hər iki ölkənin liderləri İstanbulda görüşürlər.
Görüşdə sülh formulu, NATO Sammiti, təhlükəsizlik zəmanətləri, Taxıl sazişi, Ukraynanın yenidən qurulması, Türkiyə və Ukrayna şirkətləri arasında müdafiə müqavilələri üzrə mövqelərin koordinasiyası müzakirə olunacaq.
Liderlər təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında keçiriləcək görüşə sədrlik edəcək və birgə mətbuat konfransı keçirəcəklər.