Əsas inzibati binada koronavirusa qarşı dezinfeksiya işləri aparılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.

Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirləri davam etdirilir. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.

 

ƏvvəlkiÖtən gün şəhid olan sərhədçi medalla təltif edildi – FOTO
NövbətiZakir Həsənov: “Orduda xidmət edən qadınlar bundan sonra da sədaqət göstərəcəklər”