“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ətraf mühitin çirkləndirilməsi ilə mübarizədə bələdiyyə, QHT və sakinlərin birgə tədbirlərin keçirilməsi” layihəsi üzrə tədbirlərini davam etdirir.
Fevralın 1-dən başlanan layihə Şabran və Xaçmaz rayonlarında keçirlir. İlk Dəyirmi Masa Şabran rayonunda baş tutdu. Dəyirmi Masaya rayon icra hakimiyyəti, bələdiyyə, kommunal sahə və digər adiyyəti strukturların işçiləri qatıldılar.
Tədbiri çıxış sözü ilə açan layihə rəhbəri Teymur Nəsirov yaradılan şərait üçün rayon İcra Hakimyyətinə, o cümlədən də təşkilatçılıqda yaxından dəstək olan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Fariz Məlikova təşəkkürünü bildirdi.
O, keçirilən layihə barədə qısa məlumat verdikdən sonra sözü ekspertə verdi. Layihənin eksperti Şaban Nəsirov ayrı-ayrılıqda yerli ekoloji vəziyyətlə bağlı bələdiyyə, yerli vətəndaşlar və QHT-lərin üzərinə düşən vəzifələrdən ətraflı danışdı. Bildirdi ki, bu istiqamətdə əlaqələndirilmiş fəaliyyət sonda ətraf mühitin – küçələrin, kəndlərin, qəsəbələrin təmizliyinə gətirib çıxarır.
Sonra Dəyirmi Masa tədbir iştirakçılarnın suaları və iradları üzərində quruldu. Dəyirmi Masada iştirak edən bələdiyyə sədrləri və işçiləri bu tip layihələrin önəmli olduğunu dilə gətirdilər. Gəndov bələdiyyə sədri İsmayılov Nəcməddin müəllim ətraf mühitin tullantılardan təmizlənməsinin çətinliklərindən danışaraq bildirdi ki, çox təəssüf ki, ekoloji məsuliyyəti aşağıdır. Ətrafı çirkləndirən vətəndaşlara qarşı ictimai qınaq yox dərəcəsindədir. Belə layihələri tez-tez keçirmək lazımdır ki, vətəndaşlar təkcə çəpərin içərisinin onun olmadığını, ölkənin hər bir metrinin ona məxsus olduğunu dərk edib təmizliynə diqqət yetirsin. Digər bələdiyyə sədrləri də onu da vurğuladılar ki, onların təmizlik aparmaq üçün avadanlıq və texnikaları çatışmır, bu istiqamətdə hökumət dəstəyi artırsa yaxşı olar. Küçələrə qoyulan zibil qabları azlıq təşkil edir. Zibilləri daşımaq üçün texnika yox səviyyədədir. Bələdiyyə sədrləri də bu işdə hökümətdən dəstək gözlədiklərini bildirdilər.
Tədbirdə iştirak edən yerli sakinlər əhalinin gur gəzdiyi yerlərdə – məktəblərdə, dayanacaqlarda, parklarda zibil qutularının olmaması və ya çox az olmasını dilə gətirdilər. Zibil qutularnın az olmasının çirklənməyə şərait yaradan əsas amil olduğu vurğulandı. Həmçinin qeyd olundu ki, ekologiyanın qorunması məqsədilə məktəblərdə, uşaqlar arasında maarifləndirici layihələr keçrilməsi çox önəmlidir. Həmçinin bələdiyyə və adiyəti qurumlar həvəsləndirici iməcliklər keçirməklə zibillərin yığılmasını təşkil edə bilərlər. Zibilin yenidən emal olunması belə tədbirlərin effektliyini artıran amillərdən biri ola bilər.