Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov vəfat edib.
Bu barədə hüquq müdafiəçisi Günel Səfərova məlumat yayıb.
Bildirilib ki, 50 yaşlı Əvəz Həsənov bu gün ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Həsənov üç saat əvvəl sosial şəbəkə hesabında paylaşım edib.
Allah rəhmət eləsin !