BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Ümumdünya Şəhərsalma Forumu keçən il “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” şüarı ilə Polşanın Katovitse şəhərində keçirilib. Növbəti Forum 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində olacaq.