DƏMİR YOL STANSİYALARININ İŞÇİLƏRİNİN BİLİK VƏ BACARIQLARININ ARTIRILMASI MƏQSƏDİYLƏ SEMİNAR KEÇİRİLİB

Türk.az “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinə isdinadən xəbər verir ki,Təhlükəsizlik əsas şərtdir! mövzusunda  İnfrastruktur Departamenti və Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsinin birgə təşkilatçılığı ilə seminar keçirilib.

Biləcəri Yuyucu- Buxarlayıcı stansiyasında yenicə istifadəyə verilən Təlim – Tədris Mərkəzində seminar keçirilib. İnfrastruktur Departamenti və Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda yol stansiyalarının hərəkətlə əlaqədar işçilərinin bilik və bacarıqlarının artırılması, yeni texnologiyaların işə tətbiqinə peşəkar münasibətin formalaşdırılması və ən başlıcası, hərəkətin təhlükəsizliyinin tələb olunan səviyyədə təmin edilməsi gündəliyin əsas mövzusu olub.
Dəmir yolu nəqliyyatının mövcud texniki təlimatlarının tələblərinə əsaslanan seminara Biləcəri, Keşlə, Xırdalan və Abşeron stansiyalarının müxtəlif peşələri əhatə edən 80 nəfərdən ibarət əməkdaşı cəlb olunub. Tədbirdə əsasən qatar dispetçerləri və tərtibatçıları, stansiya və post növbətçiləri iştirak ediblər. Dəmiryolçulara “Azərbaycan Dəmir Yolları” QSC-nin peşəkar təlimçiləri müxtəlif videoçarxlar vasitəsilə ən çətin vəziyyətlərdə davranış qaydaları, yüklərin təhlükəsiz şəkildə mənzil başına çatdırılması, yeni və müasir texnologiyalardan düzgün istifadənin vacibliyi aşılanıb.
Tədbirin sonunda mütəxəssislər hərəkətçiləri maraqlandıran suallara cavab veriblər. Onu da xatırladaq ki, təlim proseslərinin dəmir yolunun bütün sahələrini əhatə etməsi, gələcəkdə belə seminarların bölgələrdə də təşkili nəzərdə tutulur.Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC adlı şəxsin şəkli.Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC adlı şəxsin şəkli.Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC adlı şəxsin şəkli.

Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC adlı şəxsin şəkli.

Azərbaycan Dəmir Yolları QSC / Azerbaijan Railways CJSC adlı şəxsin şəkli.

ƏvvəlkiGəncədə ilk velosiped yürüşü sakinlərin kütləvi iştirakı ilə yadda qaldı
NövbətiAzərbaycanda daha 245 namizəd vəkilliyə imtahan verəcək