İlk olaraq seminar iştirakçılarını Azərbaycan Voleybol Federasiyasının hakimlər komissiyasının sədri Vaqif Əliyev, Təhsil İdman İdarəsinin nümayəndəsi və hakimlər komissiyasının üzvü Çingiz Səmədov,Azərbaycan Voleybol Federasiyasının ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev və Beynəlxalq dərəcəli hakimlərimizi Eldar Zülfüqarov və Zaur Hacıyev salamlayıblar və iştirakçılara uğurlar arzu ediblər.
Beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat verilər və onları maraqlandıran sualları cavablandırıblar.Seminarın sonunda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə görə Hakimlər komissiyası hakimlərin təyinatını həyata keçirir.
Qeyd edək ki, bir neçə ildir ki, ölkəmizdə keçirilən bütün yarışlara hakimlər, Azərbaycan Voleybol Federasiyasının hakimlər komitəsi tərəfindən təyin olunurlar.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün bu kimi seminarlar təşkil edir.
Voleybol Mərkəzində keçirilən bu seminarda 57 hakim iştirak edib.