15 aprel bütün dünyada “Ekoloji Biliklər Günü” kimi qeyd edilir. Bu günün tarixi 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransından qaynaqlanır.
Günün təsis edilməsində əsas məqsəd maarifləndirmə yolu ilə cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması, antropogen və texnogen fəaliyyətin təsiri nəticəsində ətraf mühitə, təbii sərvətlərə, flora və faunaya dəyən ziyanın qarşısının alınması, həmçinin təbii enerji resurslarından dayanıqlı istifadənin təşviq edilməsidir.