Kərəm Albayraq Apple şirkətini təhdid edərək 150 min ABŞ dollar dəyərində bitkoin tələb edir, əks halda 319 milyon iCloud istifadəçisinin fərdi məlumatlarını internetdə satışa çıxarağının bildirib.
Vestministrin magistrat məhkəməsi iCloud istifadəçilərinin fərdi məlumatlarını satmaqla təhdid edən 21 yaşlı İT analitik Kərəm Albayraqın cinayət işinə baxmışdır.
İşin materiallarına əsasən Albayraq YouTube kanalında istifadəçiləin iCloud hesabının qırılması prosesini təqdimat edərək, Apple şirkətindən bitkoinlə 150 min ABŞ dolları və iTunes xidmətinin 1,1 min ABŞ dolları miqdarında hədiyyə kartını tələb etmişdir. Əks halda proqramçı əldə etdiyi informasiyaları internetdə satacağı barədə xəbərdarlıq etmişdir. Bu barədə The Daily Mail xəbər verir.
Əvvəlcə Kərəm Albayraq 75 min ABŞ dolları tələb etsədə, sonradan fikrini dəyişərək alınacaq pulun miqdarını 150 min ABŞ dollarına kimi qaldırmışdır. Mətbuatın verdiyi xəbərə görə, məhkəmə proqramçıya şantaj və icazəsiz olaraq kompüterlərin işinə müdaxilə ittihamı irəli sürmüşdür.
Kərəm Albayraq noyabrın 14-nə planlaşdırılan ilkin dinləmələrə qədər zəmanətlə həbsdən azad edilib.