Ötən gün Rusiya Prezidenti Vladimir Putin Soçidəki “Fişt” stadionunda ölkəsində keçiriləcək futbol üzrə Dünya Çempionatına hazırlıq işlərinə dair müşavirə keçirib.
Virtualaz.org xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun da iştirak etdiy müşavirədə federal məmurlar hesabatlarla çıxış ediblər. Daha sonra yarışların keçiriləcəyi regionların qubernatorları videokonfransla müşavirəyə qatılıblar.
Kalininqrad qubernatoru Anton Əlixanov da görülən işlər barədə danışıb. Amma məlum olub ki, Vladimir Putin qubernatora qulaq asmır və İnfantino ilə söhbət etməklə məşğuldur. Situasiya Əlixanovun sözü Kalininqradda stadion tikən azərbaycanlı oliqarx Araz Ağalarova verməsindən sonra da dəyişməyib. Bu obyekt barədə eşidən Putin bir anlıq əli ilə gözünü bağlayıb, daha sonra yenidən İnfantino ilə söhbətini davam etdirib. Hətta FİFA prezidenti qulağından “qulaqcığı” çıxarıb, hansı ki, tərcüməçi həmin vaxt Araz Ağalarovun dediklərini italyan dilinə tərcümə edirdi.
Daha sonra Nijeqorodsk qubernatorunun səlahiyyətlərini icra edən Gleb Nikitin danışıb. O, çıxışını bitirəndən dərhal sonra Putin soruşub: “Başqa kimin sözü var?” Cavab gəlməyəndə Putin sözü yenidən federal rəsmilərə verib…