Azərbaycan Ordusunun “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.