Türkiyənin Balıkəsir şəhərində sərnişin avtobusu ağır qəza törədib.
Trend-in məlumatına görə, avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.
Daha 42 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Qəzanın dəqiqi səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma başlayıb.