ATƏT PA-nın prezidenti: “Azərbaycanın səylərini dəstəkləyirik”

“Azərbaycanın səylərini dəstəkləyirik. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində addımlar atır”.

Türk.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransında deyib.

O qeyd edib ki, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır: “Biz bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq bir masa arxasında müzakirələr apara bilərik. Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür”.

ƏvvəlkiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yanardağ” qoruğunun açılışında iştirak ediblər
NövbətiPrezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib