Bakıda yol qəzasında xəsarət alan qadınların kimliyi məlum olub

Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Türk.az-ın məlumatına görə, onlar, sürücü 2000-ci il təvəllüdlü Ağamirova Esmira Zöhrab qızı belin əzilməsi, 1969-cu il təvəllüdlü Əliyeva Kəmalə Zakir qızı gicgahın əzilməsi və 1979-cu il təvəllüdlü Qurbanova Səmayə çiyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır.

 

ƏvvəlkiAzərbaycan və Ermənistanın XİN başçıları iyunun 20-də Vaşinqtonda görüşəcəklər
NövbətiTəhsil naziri tədris ilinin iyunun 14-dək davam etməsilə bağlı narazılıqlara münasibət bildirib