Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Türk.az-ın məlumatına görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib.

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

ƏvvəlkiAzərbaycan Gürcüstanda keçirilən “Hackathon” müsabiqəsində təmsil olunub
NövbətiƏbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb