Banqladeşin Baş naziri Azərbaycana səfər edəcək

Banqladeşin Baş naziri şeyx Hasina Vazed Azərbaycana səfər edəcək.

Türk.az xəbər verir ki, bu barədə Banqladeşin Ticarət və Sənaye Palataları Federasiyasının (FBCCI) prezidenti Müntəqim Əşrəf bildirib.

Onun sözlərinə görə, səfər bu ilin oktyabr ayına planlaşdırılır.

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Banqladeşin də üzvü olduğu Qoşulmama Hərəkatı təşkilatının sammiti keçiriləcək.

ƏvvəlkiII Avropa Oyunlarının tədbirlərinə 160 mindən çox bilet satılıb
Növbətiİstanbulda PKK terror təşkilatına qarşı əməliyata vertolyotlar da cəlb edildi