ABŞ-ın regionda hərbi mövcudluğu problemlərin mənbəyidir.
Türk.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronla görüşündə bildirib.
Ruhani beynəlxalq təşkilatları Vaşinqtonun “təcavüzkar siyasətinə” uyğun reaksiya verməyə çağırıb.
İran İslam Respublikası prezidentinin fikrincə, çox sayda regional və qlobal problemlər məhz ABŞ kimi ölkələrin təqsiri üzündən yaranır.
“Birtərəfli siyasət dünyada ən böyük problemdir”, – İran prezidenti deyib.
Daha əvvəl Həsən Ruhani bildirib ki, İran müharibəyə birinci başlamayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.