Özbəkistan Prezidenti Şövkət Mirziyayev mayın 15-də ABŞ-a səfər edəcək.
Türk.az xəbər verir ki, bu barədə məlumatı Mirziyayevin mətbuat xidməti yayıb. Səfərin iki gün davam edəcəyi bildirilib.
Rəsmi Daşkənd səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutduğunu açıqlayıb.
Səfər zamanı Mirziyayev Trampla bərabər, konqresmenlər, müdafiə naziri və dövlət katibi ilə də görüşəcək. Onun həmçinin Dünya Bankını da ziyarət etməsi planlaşdırılır.
Qeyd edək ki, bu, Mirziyayevin ABŞ-a ikinci səfəridir. O, keçən ilin sentyabrında BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka getmişdi. Trampla isə Mirziyayev sonuncu dəfə 2017-ci ilin mayında Ər-Riyadda keçirilən ABŞ və müsəlman ölkələri sammitində görüşmüşdü.