Bakıda kütləvi zəhərlənməyə görə sahibkar tutuldu

Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

Minval.info-nun azxeber.com-a istinadən verdiyi xəbərə görə, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir.

ƏvvəlkiXarkovda Sovet İttifaqı Qəhrəmanı Fariz Səfərovun adına parkın açılış mərasimi olub
NövbətiKoreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi yaradılır