Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevi “Azərbaycan Xalq Cümhuriyyərinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edib. Əliməmməd Nuriyev ölkə başçısına təşəkkürünü bildirib və ürək sözlərini bölüşüb:
Bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığım Sərəncamla ilə təltif olunduğum “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu. Bu təltifə görə cənab Prezidentə təşəkkür edirəm.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ən böyük uğur hekayəsidi. Bu gündə bu uğur hekayəsi davam edir.
Uzun əsrlərdən bəri xaqlımızın azadlıq yanğısı, müstəqillik arzusu, qurub-yaratmaq, dövlətçilik potensialı Azərbaycan Xalq Cümhuriyyətinin timsalında, xalqımızın zəngin, mədəniyyətinə, milli ənənələrinə, möhtəşəm tarixinə layiq formada reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti milli olduğu qədər bəşəriydi və o zaman üçün insan hüquq və azadlıqları, universal dəyərlər, tərəqqipərvər amallar mükəmməl formada və real məzmunda Cumhuriyyətimizin fəaliyyətində əksini tapmışdı.
Çox xöşbəxtəm ki, dövlət müstəqilliyimizin bərpası prosesində fəal iştirakçı olmuşam, bu gün dövlət quruculuğu, dövlətçiliyimizin möhkəmlənməsində mümkün olan töhfəni verməyə çalışıram. Cümhuriyyətlə bağlı medalı ilə təltif olunmağım üzərimə əlavə məsuliyyət qoyur və yeni güc verir. Bu gün “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarının təqdim olunması qürur verir. Allah Azərbaycanımızı qorusun!