Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.
Minval.info xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.
Qeyd olunur ki, hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.
Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.