Vurğun Şirəliyev vəzifədən çıxarıldı

Qalmaqallı və haqqında həddən artıq şikayət daxil olan Neftçala Elektrik Şəbəkəsinin rəhbəri Vurğun Şirəliyev vəzifəsindən azad edilib.

Türk.az-ın əldə etdiyi məlumata görə, uzun illərdir Azərişıq ASC-nin Neftçala Elektrik Şəbəkəsinin rəisi vəzifəsini icra edən V.Şirəliyev vətəndaşların onunla bağlı ciddi şəkildə narazılığından sonra işdən çıxarılıb.

Qeyd edək ki, Vurğun Şirəliyev SOCAR-ın Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin qardaşıdır.

ƏvvəlkiAtəşkəs rejimi 98 dəfə pozulub
NövbətiNazir yeni direktor təyin etdi