Çinin cənub-qərbindəki Quyçjou əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb, 34 nəfər itkin düşüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, torpaq sürüşməsi dünən axşam Lyupanşuy şəhərinin Şuyçen mahalında qeydə alınıb.
Təbii fəlakət 23 ev təsərrüfatına ziyan vurub, 20-dən çox bina, o cümlədən yaşayış binaları torpaq altında qalıb.
Xilasedicilər səhərə kimi 11 nəfəri sağ tapmağı bacarıb. Axtarış-xilasetmə işləri davam etdirilir.