ABŞ-da həbsdə olan Türkiyənin “Halk” bankının baş direktorunun keçmiş müavini Mehmet Hakan Atilla azadlığa buraxılıb və iyulun 24-də Nyu-Yorkdan İstanbula göndərilib.
Türk.az xəbər verir ki, məlumatı “Haber7” yayıb.
Onu Nyu-Yorkdan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və Baş konsul Alpər Aktaş yola salıb.
Xatırladaq ki, Hakan Atilla 2017-ci il martın 27-də Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda həbs olunmuşdu. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edirdi.