Bakı Nəqliyyat Agentliyi (BNA) Sosial Məsuliyyət Layihələri çərçivəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin daha rahat və təhlükəsiz təşkili, eyni zamanda əhalinin, şəhərimizə gələn qonaqların tədbir keçiriləcəyi məkana gedərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməmələri üçün bir sıra tədbirlərə dəstəyini davam etdirir.
“Report” xəbər verir ki, bu barədə BNA-nın açıqlamasında bildirilib.
Məlumatda deyilir ki, bu gündən iyulun 28-nə qədər keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspres marşrut xətti təşkil ediləcək. Marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) – Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub.
Ekspres xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.