25 iyul səhər saatlarında hərbi hospitalda Tunisin prezidenti 93 yaşlı Al-Baci Qaid as-Səbsi vəfat etmişdir. Bu barədə məlumat prezidentin rəsmi Facebook səhifəsində xəbər paylanmışdır.
Xatırladırıq ki, 2014-cü ildən ölkə prezidenti seçilən as-Səbsi Zimbabve prezidenti Robert Muqabedən sonra dünyada ikinci yaşlı prezident idi.