ABŞ kürdlərin və ermənilərin əliylə Türkiyədə narahatlıq yaratmaq niyyətindədir.
Türk.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, İrəvan Qərbi Ermənistanın onlara verilməsi qarşılığında ABŞ-a yardım edəcək:
“Kürdlər və ermənilərin vasitəsilə onlar 10-15 il sonra Türkiyəni parçalayacaqlar. Ona görə ki, Ermənistan amerikalılara İrana qarşı əməliyyatlarda yardım edəcək, əvəzində Qərbi Ermənistanı alacaq. Kürdlər isə birləşmiş Kürdistan yaratmaq istəyirlər. Kürdlərin böyük hissəsi Türkiyədədir. Yekunda Türkiyə və İranın yerdə qalan hissəsi Rusiyanın tərkibinə daxil olacaq”.