Yəmənin Ədən şəhərində keçirilən parada hücum nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb, 48 nəfər yaralı var.
“Report”un “France Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Rabid məlumat verib.
Agentliyin məlumatına görə, o, ölən və yaralananlar arasında neçə mülki şəxsin olduğunu dəqiqləşdirməyib.