Rusiya və ABŞ raket müqaviləsinə xitam verildiyini rəsmən açıqlayıb

Rusiyanın Xarici İşlər Nazirliyi 8 dekabr 1987-ci il tarixində ABŞ və SSRİ arasında imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğv Olunması Müqaviləsinin (OQMR) ABŞ-ın təşəbbüsü ilə avqustun 2-dən qüvvədən düşdüyünü rəsmən açıqlayıb.

Türk.az bu barədə TASS-a istinadən xəbər verir.

ABŞ-ın dövlət katibi Maykl Pompeo bu məsələ ilə bağlı “Twitter”də şərh yazıb: “Fevralın 2-də ABŞ OQMR-ə dair müqavilənin icrasına qayıtmaq üçün Rusiyaya 6 ay vaxt vermişdi. Rusiya bundan imtina etdi, odur ki, müqaviləyə bu gündən xitam verilir. Başqalarının pozduğu müqavilədə ABŞ iştirak edəcək deyil”.

Əvvəlkiİrəvan xanlığı ilə bağlı əsərlər ispan və ərəb dillərində də çap olundu
NövbətiDSX: Ermənistanın təxribatının qarşısını alan zaman yaralanan əsgər əməliyyat olunub