Bu gün UEFA Avropa Liqasının “pley-off” mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“Report”un məlumatına görə, qruplara gedən yolun sonuncu mərhələsində Azərbaycanı iki klub təmsil edə bilər.
Bu, “Qarabağ” Kipr APOEL-ini keçə bilməyəcəyi, “Neftçi” isə İsrail “Bney Yehuda”sını üstələyəcəyi halda baş verəcək.
“Qarabağ” Çempionlar Yolunda daha yüksək reytinqlilərin yer aldığı səpələnmişlər səbətinə düşüb. Bu isə o deməkdir ki, rəqib səpələnməmişlər səbətindəki 5 cütlükdən birinin qalibi olacaq:
“Sutyeska” (Monteneqro) / “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan) / TNS (Uels) cütünün qalibi
“Sarayevo” (Bosniya və Herseqovina) / BATE (Borisov, Belarus) cütünün qalibi
“Astana” (Qazaxıstan) / “Valletta” (Malta) cütünün qalibi
“Slovan” (Bratislava, Slovakiya) / “Dandolk” (İrlandiya) cütünün qalibi
“Neftçi” isə Liqa Yolunda “Bney Yehuda”nı üstələyəcəyi halda, səpələnmişlər səbətindəkilərdən biri ilə qarşılaşacaq:
“Antverpen (Belçika) / “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi
“Bröndbü” (Danimarka) – “Braqa” (Portuqaliya) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) – “Ayntraxt” (Frankfurt, Almaniya) cütünün qalibi
“Malmö” (İsveç) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Partizan” (Serbiya) / “Malatyaspor” (Türkiyə) cütünün qalibi
İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.
Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.