Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçirilib.
“Report” xəbər verir ki, konsertdə Əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara maraqlı proqram təqdim ediblər.
Hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony gecənin xüsusi qonağı olub və məşhur hitlərini səsləndirib.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.