Bu gün, (27.08.2019) Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Məcburi Köçkünlər üçün İcma Mərkəzinin yaradılması”layihəsi çərçivəsində birinci təlim keçirildi.
Təlimi təşkilatın sədri Taleh Əliyev açaraq bildirdi ki, “Həyata keçirdiyimiz bu layihə çərçivəsində qarşıya qoyulmuş vəzifə Bakı şəhəri ərazisində məcburi köçkünlər üçün yeni salınmış beş qəsəbədə mövcud infrasturukturun qorunub saxlanılması, cari problemlərin daxili imkanlar hesabına həll edilməsi, yerli və beynəlxalq humanitar təşkilatların, həmçinin donorların maliyyə dəstəyi ilə bu qəsəbələrdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına dəstək olmaq üçün icma mərkəzi yaradılacaq. İnanırıq ki, təlimlərdən sonra bu qəsəbələrin hər birində icma mərkəzi yaradılacaq və bu qəsəbələrdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına dəstək olmaq üçün müvafiq addımlar atılacaq.
Sonra layihənin eksperti Rəfail Tağızadə icma haqqında ümumi nəzəri məlumat verdikdən sonra icmanı necə yaratmaq olar və Müşviqabad qəsəbəsində yaradılacaq icmanın əsas fəaliyyət istiqaməti necə olmalıdır mövzusunda təlim iştirakçıları ilə praktik müzakirələr aparıldı. Sonda Müşviqabad qəsəbəsində məcburi köçkünlərin icma mərkəzi yaradılması üçün 7 (yeddi) nəfərdən ibarət təşəbbüs qrupu yaradıldı.
Təlim nahar fasiləsi ilə yekunlaşdı.
Xatırladaq ki, layihə çərçivəsində Bakı şəhəri ərazisində yeni salınmış 5 məcburi köçkün qəsəbəsinin ( Müşviqabad köçkün qəsəbəsi, Masazır köçkün qəsəbəsi, Ramana köçkün qəsəbəsi, Kürdəxanı köçkün qəsəbəsi və Qobu Park Yaşayış Kompileksi) hər birində icma mərkəzi yaratmaq planlaşdırılır.