“Azərbaycan Dəmir Yolları” bələdçilər üçün “Müştəri məmnuniyyəti” mövzusunda təlimlərə start verib – FOTO

    “Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Sərnişindaşıma ilə məşğul olan qurumların üzləşdiyi əsas problemlərdən biri, sərnişinlərin xidmətdən narazı qalmasıdır.

    Bu baxımdan istər özəl şirkətlər olsun, istərsə də dövlət qurumları
    tərəfindən sərnişlərin xidmətdən razı qalması üçün, onları narahat edə
    biləcək ən kiçik xırdalıqlara diqqət yetirilir. Burada əsas məsuliyyət
    sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların üzərinə düşür.
    Məsələn, bələdçilərin.
    Yuxarıda göstərilənləri nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları”
    QSC bələdçilər üçün “Müştəri məmnuniyyəti” mövzusunda təlimlərə
    start verib.
    Təlimlər hər bir qrup üçün 3 gün keçirilir. Bu təlimlər ümumilikdə
    500 bələdçini əhatə edəcək. 300-ə yaxın bələdçi təlimi artıq bitirmişdir.
    Məqsəd, xidmət səviyyəsini artırmaqla, müştəri məmnuniyyətini təmin
    etməkdir. Təlimlərdə bələdçilərə daha çox sərnişinlərin qarşılanması,
    onlara yüksək və keyfiyyətli xidmətin göstərilməsi, hər bir sərnişinə
    individual yanaşma, həmkarları ilə xoş rəftar, ən əsası isə müxtəlif çətin
    situasiyalarda davranış qaydaları aşılanır. Çünki pozitiv bələdçi məmnun
    sərnişin deməkdir.
    Sirr deyil ki, bəzi sərnişinlərlə ünsiyyətə girmək, o qədər də asan
    olmur. Təlim layihəsinə cəlb olunmuş təlimçilərin missiyalarından biri
    də, konfiliktə səbəb olan ifadələrdən istifadə etməmək kimi vərdişləri
    aşılamaqdır.
    Təlimlər sentyabr ayının sonunadək yekunlaşacaq və iştirakçılara
    sertifikatlar təqdim ediləcək. Növbəti mərhələdə isə yük qəbulu üzrə
    mütəxəssislər və bilet satışı ilə məşğul olan kassirlər bu təlimlərə cəlb
    ediləcək. Onu da bildirək ki, gələcəkdə dəmiryolçuların
    maarifləndirilməsi və peşəkarlıq imkanlarının inkişafı üçün yeni
    yaradılmış “Maarifləndirmə və İnkişaf Mərkəzi” bu məqsədlə ayrılmış
    başqa coğrafi məkana köçəcək. Bu məqsədlə “ Azərbaycan Dəmir
    Yolları” QSC-yə məxsus köhnə müəssisələrdən biri seçilib və təmir-
    tikinti üzrə layihələndirmə işlərinə start verilib. Adı çəkilən Mərkəzdə
    texniki laboratoriyaların, tədris avadanlıqlarının, simulyator otaqlarının,

    bir sözlə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün vacib olan bütün
    vasitələrin quraşdırılması nəzərdə tutulur.

    ƏvvəlkiTürkiyənin daha bir qrup hərbçisi “TurAz Qartalı – 2019”a qatılmaq üçün Azərbaycana gəlib – VİDEO
    NövbətiQurban Qurbanov: “Rəqibləri daha yaxından analiz etməyə çalışacağıq”