Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.
Nazirlikdən “Report”a bildirilib ki, saat 15:00-a olan məlumata görə, 5 min 401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.