MİLLƏTÇİLƏR LAÇIN ŞƏHİDLƏRİNİN RUHUNU YAD ETDİLƏR

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı (17 may 2018-ci il)

                Mayın 17-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, Laçın rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar Vətənin müdafiəsi və Dövlətimizin bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ruhunu yad edərək bildirir ki, torpaqlarımızın azad edilməsi və şəhidlərimizin qisasının alınması partiyanın strateji məqsədlərindən biridir. AzMDEP, xüsusilə vurğulayır ki, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi, təkcə tarixi ədalətin bərpası demək deyil, həmçinin, indiki və gələcək nəsillərimizin mövcudluq məsələsidir.

17 may 2018-ci il                     mdp_inform@yahoo.com.tr

ƏvvəlkiBİZİM QÜDSÜMÜZ — XANKƏNDİDİR!
NövbətiHUMANİZM VƏ XEYRXAHLIQ ELÇİSİ