Kərkük vilayətinin əhalisi dünya ictimaiyyətinin 12 mayda İraqda keçirilən parlament seçkisindəki qanun pozuntularına diqqəti cəlb etmək məqsədilə imza toplamağa başlayıblar.
Türk.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Agentlik etnik türkmanların seçkilərin saxtalaşdırılmasında İraq Mərkəzi Seçki Komissiyasını ittiham etdiyini bildirib. Türkmanlar topladıqları imzaları BMT-nin nümayəndələrinə verəcəklərini deyiblər.
Artıq ilk iki gün ərzində 160 min imza toplanıb. Təşkilatçılar imzaların sayını 200 minə çatdırmağı planlaşdırırlar.