Qazaxıstanın paytaxtı Nursultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Mahir Əmiraslanov ilk görüşünə çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov qırğızıstanlı Joldoşbekovla qarşılaşıb.
O, görüşü 5:3 hesablı qələbə ilə bitirib.