Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum artırılır

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Hazırda bu rüsum 20 manatdır.

ƏvvəlkiYeni yaradılmış təhlükəsizlik saytının təqdimat mərasimi keçirilib
NövbətiSərhədçi zabit ona bıçaqla xəsarət yetirən şəxsi tərk-silah edərək yaxalayıb