Pakistanın XİN başçısı Ermənistanı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb

Pakistanın Xarici İşlər naziri Mahmud Qureşi Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırıb.

Türk.az “ARYNews”a istinadən xəbər verir ki, bu barədə XİN başçısı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təmas qrupunun Nyu-Yorkdakı görüşündə söyləyib.

Diplomat Pakistanın hər hansı bir mübahisəli ərazinin statusunu dəyişdirmək cəhdinə qarşı olduğunu vurğulayıb və Ermənistanın beynəlxalq qanunlara riayət edərək uzun müddət davam edən bu münaqişənin həllində öz rolunu oynayacağına ümidvar olduğunu bildirib.

Pakistan XİN başçısı 1994-cü ildən bəri münaqişə nəticəsində 1 milyon insanın didərgin düşdüyünü deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Kəşmir ətrafındakı vəziyyət kimi regional sülh üçün ciddi təhdiddir.

ƏvvəlkiRobert Koçaryanın cinayət işi üzrə əsas şahidlərdən biri olan keçmiş nazir intihar edib
NövbətiMessi və Ronaldunun FIFA-nın “The Best” mükafatı üçün kimlərə səs verdikləri bəlli olub