Vurğun Əyyub vəfat etdi

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, tənqidçi-ədəbiyyatşünas Vurğun Əyyub vəfat etdi.

Türk.az-ın verdiyi xəbərə görə, bu haqda mərhumun yaxını Ehtiram İlham məlumat verib.

Vurğun müəllimlə vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42 ünvaındakı evində keçiriləcək. (“Həzi Aslanov” metrosu, “Neptun” marketin sağı, “Kvadratlar” ərazisi, 5 mərtəbəli yeni tikili).

Mərhum Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, bu yaxınlarda Vurğun Əyyubun səhhəti ağırlaşmışdı. O, evində həkim nəzarətində idi.

Allah rəhmət eləsin.

ƏvvəlkiPA-nın şöbə müdiri: “Sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir”
NövbətiBirinci vitse-prezidentin köməkçisi: “Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib”