Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək

    Azərbaycan Voleybol Federasiyasının Mətbuat katibi Şəfəq Kərimovanın Bakıxəbər.az-a verdiyi məlumata görə, Azərbaycan Voleybol Federasiyasını Assambleyada AVF-nin Baş katibi Cəlil Cəfərov təmsil edəcək.

    26-27 sentyabrda Fransanın Paris şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək.

    Assambleyada Avropa Voleybol Konfederasiyasının tərkibinə daxil olan voleybol federasiyalarının rəsmiləri iştirak edəcəklər. Azərbaycan Voleybol Federasiyasını (AVF) Assambleyada AVF-nin Baş katibi Cəlil Cəfərov təmsil edəcək.

    Assambleyada CEV-in 2019-cu il mövsümünün maliyyə hesabatı təqdim olunacaq daha sonra voleybolun avropada daha geniş formada yayılmasına dair müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq.

    Eyni zamanda assamblyeda Şərqi Avropa Voleybol Assosasiasının (EEVZA)  iclası keçiriləcək.  İclasda çimərlik voleybol, qar üstü voleybol və gənckomandalar arasında keçiriləcək  turnirlərlə  bağlı müzakirilər aparılacaq.

    ƏvvəlkiMaliyyə Bazarlarına Nəzarət Palatası ilə Dünya Bankının əməkdaşlığının perspektivləri müzakirə olunub
    NövbətiHacıqabul dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib.