Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.
“Report”un xəbərinə görə, Baş Nazirin bununla bağlı “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir:
“Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi.
Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı.
Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır.”