İran neft obyektlərinin təhlükəsizliyini gücləndirib

“İran neft obyektlərinin təhlükəsizlik tədbirlərini gücləndirib”.

Türk.az TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Nəmdar-Zəngənə jurnalistlərə bildirib.

Moskvada “Rusiya energetika həftəsi”ində iştirak edən nazir deyib: “Bəli, biz hər zaman çox ehtiyatlı olmalıyıq. Ümid edirəm ki, Fars körfəzi bölgəsindəki ölkələr təkcə didişmələri artırmamaq yox, həm də regionda didişmələri azaltmaq müdrikliyinə malikdirlər”.

ƏvvəlkiAzərbaycan xarici dövlət borcunun ÜDM-ə nisbətinin azlığına görə dünyada ilk 10-luqdadır
NövbətiTürkiyənin müdafiə naziri: “Patriot” olmazsa, “Siper” düzəldərik”