Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Türk.az quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:
– Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;
– Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2018-ci il illik maliyyə hesabatlarına dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor Hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.