Azərbaycan Respublikası Prezidentinin yaninda Gənclər fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 07 oktyabr 2019 – cu il tarixində Bakı İslam Universitetinin Zaqatala filialında “Dini radikalizm və ektremizmə qarşı mübarizədə təhsilin rolu”mövzusunda tədbir keçirmışdir. Tədbiri giriş sözü ilə RİH- nümayəndəsi Ramin Həsənov açaraq qonaqları salamladı və bu mövzunun region üçün çox əhəmiyyətli olduğunu qeyd etdi. Təşkilatın eksperti Tələt Qəribov qeyd etdi ki, təhsil cəmiyyətin davamlı inkişafına mane olan amillərin aradan qaldırılmasında, o cümlədən dini radikalizm və ekstremizmə qarşı mübarizədə mühüm rol oynayır. Lakin cəmiyyət üçün həmişə və bu gün də narahatlıq doğuran hal odur ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunmuş, insanları xürafata, fanatizmə sürükləməyə cəhd göstərmişlər. Bu baxımdan dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, İslam Universitetinin Zaqatal filialının təlim-tərbiyə üzrə müavini Fuad Quliyev, rayon dindarlarının nümayəndəsi Rasim Musayev, İlahiyyat Universitetinin tələbəsi Elxan Qarayev mövzu ətrafında öz fikirlərini bildirdilər.